19 yaşlı qazimizin yardıma ehtiyacı var: Elnur Rzayevə MÜRACİƏT – FOTO

İkinci Qarabağ Savaşında yaralanan qazimizin yardıma ehtiyacı var.

Yenicag.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində iştirak edərək yaralanmış Xaçmaz rayonu Həbibkənd kənd sakini, 2002-ci il təvəllüdlü Ramizov Şirin Telman oğlu sol qolundakı dəhşətli ağrılardan əziyyət çəkir.

Redaksiyamıza daxil olan müraciətdə müxtəlif yerlərindən yaralanan qazinin dövlət tərəfindən müalicə edildiyi bildirilir. Ancaq qazinin sol qolundakı zədə onu çox incidir.

Müraciətdə ilkin müalicənin dövlət tərəfindən aparıldığı, lakin artıq heç bir qurum tərəfindən davam etdirilmədiyi qeyd edilir. Gənc qazi qolundakı ağrılardan taqətsiz hala düşüb.

Həbibkənd kəndinin sakinləri Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevdən qazinin müalicəsində ailəyə yardımçı olmasını xahiş edirlər.