19 yaşlı şəhidimiz torpağa tapşırıldı – FOTO

?????????????????????????????????????????????????????????

Aprelin 2-nə keçən gecə təmas xəttində düşmənlə gedən döyüşdə həlak olan Azərbaycan Ordusunun əsgəri 19 yaşlı Rəvan Nurayev dəfn olunub.

Yenicag.az-ın APA-ya istinadən verdiyi məlumata görə, R. Nurayev doğulduğu Zaqatala rayonunun Muxax kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin və Rayon İcra Hakimiyyətinin rəsmi şəxsləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.