19 yaşlı tələbə çayda boğulub – YENİLƏNİB

Qazax rayonunda meyiti tapılan 19 yaşlı oğlanın çayda boğularaq öldüyü məlum olub.

BDU-nun Qazax filialının 1-ci kurs tələbəsi olan Goranboy sakini Murad Muradov tələbə yoldaşları ilə birgə Ağstafaçayda çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.

***

Qazax rayonunda 19 yaşlı oğlanın meyiti tapılıb.

1998-ci il təvəllüdlü Murad Muradovun meyiti Qazax şəhəri ərazisində, Ağstafaçayın kənarında aşkarlanıb.

Onun hansı səbəbdən öldüyü məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.(APA)

Yenicag.az