“190 manat heç nə etməmək üçün verilən vəsaitdir” – İbrahim Məmmədov

“190 manatı bütün sosial siyasətin kontekstindən ayırıb baxsaq, onda 190 manat, bəli, kiçik görünür və heç kim də demir ki, bu, böyük vəsaitdir”.

Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

İbrahim Məmmədov karantin müddətinin uzadılacağı təqdirdə eyni sosial yardımın yenidən ediləcəyini vurğulayıb:

“190 manatı bütün sosial siyasətin kontekstindən ayırıb baxsaq, onda 190 manat, bəli, kiçik görünür və heç kim də demir ki, bu, böyük vəsaitdir. Amma 190 manat heç nə etməmək üçün verilən vəsaitdir. Geyim almaq, istirahətə getmək üçün verilən vəsait deyil. Karantin müddəti uzadılsa, təbii ki, ikinci ayda da eyni qaydada yardımlar ediləcək”.