190 manat üçün müraciət edənlərin nəzəinə: Cavab gəlməyibsə… 

Birdəfəlik ödəmə ilə bağlı e-sosial.az portalına müraciətlərin qəbulu dayandırılsa da, edilmiş müraciətlərə baxılması və cavablandırılması prosesi hazırda davam edir.

Yenicag.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Faziı Talıbov bildirib.

F.Talıbov deyib ki, ona görə kimsə müraciətinə hələ cavab verilməməsinə görə narahat olmasın:

“Müraciətlər nə qədər çox olsa belə, ən sonuncusuna qədər SMS cavab göndəriləcək.

Bu günədək artıq 400 min nəfər üçün birdəfəlik vəsait köçürülüb.

Hazırda baxılan müraciətlər əsasında da daha 200 min nəfər üçün bu ödənişlər təmin olunacaq”.

Onun sözlərinə görə, ünvanlılıq prinsipi üstün tutulmaqla, işsiz kmi qeydiyyata alınmış şəxslər arasından həqiqətən heç bir yerdən qazancı olmayan, imkansız şəxslərə bu vəsaitlər ödəniləcək.