190 manatlıq yardımla bağlı YENİ XƏBƏR – Bu tarixədək ödəniləcək

190 manatlıq yardımın ikinci ay üçün ödənişi may ayının sonunadək veriləcək.

Yenicag.az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildiriblər.

Qeyd olunub ki, cari ayın 12-dən etibarən birdəfəlik ödəmənin ikinci ay üçün ödənişinə başlanıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 50 min şəxsə dair birdəfəlik ödəniş vəsaitləri müvafiq banklara köçürülüb:

“Həmin şəxslərə qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndərilir. Şəxs əgər kartı müvafiq bankdan artıq alıbsa, o zaman mesajda göstərilən bankın istənilən bankomatından vəsaitini əldə edə bilər. Almayıbsa, mesajda göstərilən bank filalına yaxınlaşaraq əvvəlcə kartını və sonra kart vasitəsilə bankomatdan vəsaitini əldə edir. May ayının sonuna qədər ödənişlər bütün kartlara köçürüləcək”.