Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

199 saylı avtobusda özbaşınalıq - Sürücü artıq pul yığır

Bu gün 199 saylı avtobusda gedişhaqqı artırılıb.

Yenicag.az-a daxil olan məlumata görə, gedişhaqqının 20 qəpikdən 25 qəpiyə qaldırılması sərnişinlərin narazılığına səbəb olub.

Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev Yenicag.az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib:

“Bu gün məsələ ilə bağlı quruma şikayətlər daxil olub. Əslində, 199 saylı avtobuslarda gedişhaqqı məsafəyə uyğun olaraq müəyyən edilib. Tarif şurasının qərarına əsasən, 1 km-dən 15 km-dək məsafə qət edənlər 20 qəpik, 15 km-dən 25 km qət edən sərnişinlərsə 25 qəpik ödəməlidir. Yəni sürücü bunu bütün sərnişinlərə şamil etməməlidir. Məsələ araşdırılacaq, vətəndaşların narazılığı aradan qaldırılacaq”.

Cəvahir

www.yenicag.az

2317
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM