1991-ci ildən bəri 3336 nəfər mina partlayışının qurbanı oldu

Erməni silahlı qüvvələrinin azərbaycanlı hərbçilərə və mülki şəxslərə qarşı terroru bu gün də mina insidentləri ilə davam edir. 1991-2022 tarixləri arasında Azərbaycanda mina qurbanlarının ümumi sayı 3336 nəfər təşkil edib. Onlardan kasetli sursatların partlaması nəticəsində həlak olan və xəsarət alanlar 131 nəfər, uşaq və azyaşlı 357 nəfər, qadınlar 38 nəfərdirf.

Yenicag.az xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov deyib.

“2020-ci ilin noyabr – 2022-ci ilin 6 oktyabr tarixləri arasında, mina partlayışları nəticəsində 44 nəfər həlak olub, 213 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və ya zərər çəkib. Bu dövr ərzində həlak olan və zərərçəkənlərin cəmi sayı 257 nəfər təşkil edib. Onlardan 9-u uşaq, 1-i qadın, 3 nəfər isə media nümayəndəsidir. Bu şəxslərin 147 nəfəri keçmiş təmas xəttindən kənarda baş vermiş mina insidentlərinin qurbanları olub”, – deyə İlqar Səfərov vurğulayıb.