Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“1xBet”in dələduzluqdakı PAYı

Son vaxtlar Azərbaycanda qeyri-qanuni yolla fəaliyyət göstərən mərc şirkətlərinin sayı çoxalıb.

Yenicag.az xəbər verir ki, bu mənada xüsusi fəallığı ilə seçilən şirkətlərdən biri də “1xBet”dir.

Dünyanın bir çox ölkəsində fəaliyyət göstərən sözügedən bukmeker kontorunun Azərbaycanda ofisi olmadığı üçün, yerli müştərilərin problemlə üzləşdikləri halda onlara əli çatmır. Bu isə istənilən halda uduşlara təminat verilməməsinin başlıca səbəblərindən biridir. Yəni, istənilən an uduşunuz hesabınıza yatmaya bilər və sizin şikayət edəcəyiniz, üz tutacağınız ofis yoxdur.

“1xBet”in həm də dələduzluqla əli var. Məsələ burasındadır ki, son vaxtlar sözügedən şirkətin rəsmi “facebook” səhifəsində “Caspianpay” adlı elektron pul kisəsi reklam olunurdu. Bildirilir ki, azərbaycanlı istifadəçilər məhz bu elektron pul kisəsindən istifadə etməklə “1xBet”in saytında depozit edə bilərlər.

Lakin çox keçmədi ki, “1xBet”in reklam etdiyi “Caspianpay” müştərilərinə külli miqdarda pul “ataraq” aradan çıxdı. İndi minlərlə Azərbaycan vətəndaşı sözügedən elektron pul kisəsində olan hesablarında heç bir əməliyyatı edə bilmirlər. Bu, texniki problem kimi göstərilsə də, bəhanədən başqa bir şey deyil. Maraqlıdır ki, “Caspianpay”ın bu fırıldağından sonra “1xBet”in Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərən “facebook” səhifəsi də bağlanılıb.

Məsələni diqqətdə saxlayacağıq.

Emin Səfərov

Loading...

www.yenicag.az

4422
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100