2 azyaşlı kanalda boğuldu

Ağsuda iki azyaşlı kanalda boğulub.

Yenicag.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 21-də Ağsu rayonunun Gəgəli kəndi ərazisində rayon sakinləri, azyaşlılar Bulud Talıblı və Unur Talıbov ehtiyatsızlıqdan Yuxarı Şirvan kanalına düşərək suda boğulublar. Meyitlər sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır

Yenicag.az

COP29