!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

2-ci xanımı çoxarvadlı ərini ifşa etdi – Kuryoz

!Reklam – Yazi

Bir-birindən xəbərsiz 3 qadınla evlənən kişinin sirri uzun sürməyib.

Yenicag.az lenta ru-ya istinadən xəbər verir ki, Çinin Szyansu əyalətinin Kunşan şəhərində yaşayan və 3 qadınla evli olan kişi sonda “yaxalanıb”.

Məlumata görə, daşınmaz əmlak agenti olan kişi ilk dəfə 2015-ci ildə ailə qurub. Daha sonra iki müştərisi ilə də evlənib və onları yaxınlıqdakı mənzillərdə yerləşdirib.

Şəxs “ezamiyyət”də olduğunu deyərək, qadınlarla növbə ilə birlikdə yaşayıb və onların hər birindən uşağı var.

Kişinin sirrini isə 2-ci arvadı açıb. O, ərini təqib edərək, hansı “ezamiyyət”ə getdiyini dəqiqləşdirib və vəziyyətin nə yerdə olduğunu öyrənib.

Bundan sonra məsələdən xəbər tutan digər xanımlar da hərəkətə keçiblər. Kişinin 1-ci arvadı boşanmaq üçün məhkəməyə, 2-ci və 3-cü qadın isə polisə müraciət edib.

Aparılan təhqiqatdan sonra çoxarvadlı kişini 2 ilə qədər həbs cəzası gözləyir.

www.yenicag.az

1908
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv