2 gün əvvəl dənizdə batan şəxsin meyiti tapıldı

Avqustun 21-də dənizdə (“Şüvəlan” sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazidə) batan 1 nəfərin axtarışları başa çatıb.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində meyit tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.