İranın bəzi bölgələrində temperaturun 51 dərəcəyə çatacağı səbəbindən 2-3 avqust tarixlərində ölkədə tətil elan edilib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, həddindən artıq istilərlə əlaqədar avqustun 2-3-də ölkə üzrə bütün müəssisələrin məzuniyyətə buraxılması qərara alınıb.
Ölkənin cənub-qərbində yerləşən bəzi şəhərlərdə havanın temperaturunun 51 dərəcəyə, paytaxt Tehranda 40 dərəcəyə çatacağı proqnozlaşdırılır.