İraqın Kərkük bölgəsində dəhşətli terror hadisəsi baş verib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Kərkükün mərkəzində yerləşən Həşdi-Şəbi ofisinin qarşısından keçən motosikletli şəxslər terror aktı törədib. İki kamikadzenin özünü partlatması nəticəsində ən azı 5 nəfər ölüb, 20 nəfər isə yaralanıb.