2 mindən çox müəllim sertifikasiyanın müsahibə mərhələsindən keçdi

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 23-24 sentyabrda təşkil olunan müsahibə mərhələsinin nəticələri açıqlanıb.

Yenicag.az xəbər verir ki, nəticələr barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.

Qeyd edək ki, müsahibə mərhələsində iştirak edən 2 370 təhsilverən uğur qazanıb, 2 təhsilverən isə müsahibə mərhələsinin minimum tələbini ödəmədiyi üçün sertifikatlaşdırmadan keçməmiş hesab edilib.

COP29