Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

2 minə yaxın məscid bağlandı

Tacikistan hakimiyyəti fəaliyyət göstərməsi üçün icazə sənədi olmayan 1938 məscidi bağlayıb.

Yenicag.az xəbər verir ki, bunu Tacikistan hökuməti yanında dini və adət-ənənə işləri üzrə komitənin sədri Süleyman Davlatzoda fevralın 5-də jurnalistlərə açıqlamasında bildirib.

Dövlət rəsmisi bildirib ki, həmin məscidlərə qeydiyyatdan keçmək üçün vaxt verilib. Lakin həmin müddət ərzində qeydiyyatdan keçmədikləri üçün onların bağlanılması haqda qərar çıxarılıb.

Komitənin məlumatına görə, 2017-ci ilin sonunda Tacikistanda 4 minə yaxın dini müəssisə, o cümlədən 48 mərkəzi cümə məscidi, 326 cümə məscidi, 3528 beşdəfəlik məscidlər, 1 İslam mərkəzi, 3 ismaili mərkəzi, 67 qeyri-İslam birliyi qeydə alınıb. Son 9 ildə Tacikistanda imamlar attestasiyadan keçirilirlər. 2014-cü ildən din xadimlərinə hər ay 90 dollara yaxın maaş verilir.

www.yenicag.az

823
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM