Türkiyədə bu gün keçirilən növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı səsvermənin gedişində maraqlı fakt qeydə alınıb.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkədə bu gün keçirilən növbədənkənar seçkilər çərçivəsində seçicilərinin əksəriyyəti ölkə xaricində olan kənddə cəmi iki nəfər səs verib.
Məlumata görə, Batman vilayətində yezidilərin yaşadığı Yolverən kəndində 21 seçici qeydiyyatda olsa da, onlardan cəmi 2-si səsvermədə iştirak edib.
Bunun səbəbi kənd sakinlərinin çoxunun ölkə xaricində olmasıdır. Qeyd olunur ki, Yoverəndə səs verən 2 seçicidən biri kənd muxtarı, digəri isə sıravi vətəndaşdır.