Azərbaycanda koronavirusdan ölənlər arasında polis əməkdaşları da var.
Yenicag.az-ın məlumatına görə, COVİD-19-dan müalicə olunan 2 polis əməkdaşı dünyasını dəyişib. Onlardan biri iyulun 1-də, digəri isə iyulun 4-də vəfat edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti faktla bağlı məlumatı Trend-ə təsdiqləyib.