2 saatdan artıq internetdən istifadə etməyin FƏSADLARI

İnternetdən istifadə ruhi xəstəliklərə səbəb ola bilər.

Yenicag.az xəbər verir ki, araşdırmalar yeni dövrün ən böyük xəstəliyinin “internet asılılığı” olduğunu ortaya qoyub. Məlum olub ki, insanların əksəriyyəri internetdən ehtiyac olduğundan daha çox istifadə edirlər. Bu isə insanlarda vaxtın düzgün idarə edilməməsi, stress, daimi yorğunluq, əsəbilik və hətta ruhi xəstəliklərə gətirib çıxarır.

Həkimlər sağlamlıq üçün gündə iki saatdan çox internet istifadəsinin təhlükəli olduğunu bildirirlər.