2 türk əsgəri şəhid oldu, 3 hərbçi yaralandı

“Pəncə-Kilid” əməliyyatı bölgəsində 2 türk əsgəri şəhid olub, 3 hərbçi yaralanıb.

Bu barədə Yenicag.az-ın yerli bürosuna Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əməliyyat bölgəsində terrorçuların açdığı atəş nəticəsində Uğur Altınbaş və Kamal Özək adlı 2 hərbçi şəhid olub, 3 nəfər isə yaralanıb.

Nazirlikdən bölgədə əməliyyatların davam etdiyi vurğulanıb.