!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

2 uşaq anası dəm qazından zəhərlənərək öldü – VİDEO – FOTO

!Reklam – Yazi

unnamed-1Şəkidə 31 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.

ARB Şəki xəbər verir ki, hadisə bu gecə saat 4 radələrində Şəki şəhəri, Səlahəddin Kazımov küçəsi ev 12 ünvanında baş verib.

1987-ci il təvəllüdlü Arzu Aydın qızı Əliməmmədova yaşadığı evin vanna otağında huşsuz vəziyyətdə qaynanası tərəfindən aşkar edilib. Hadisə yerinə çağırılmış həkimlərin müayinəsi zamanı iki uşaq anası olan Arzu Əliməmmədovanın hamam otağında paltar yuyarkən dəm qazından zəhərləndiyi məlum olub.

Şahilə Ədilova – Mərhumun qaynanası: “İşdən gəlib uşaqlarını öpüb qucaqladı. Dedi ki, qoy uşaqlarımdan doyum. Səbəbin soruşanda cavab verdi ki, işdə oluram deyə uşaqlarımı görmürəm. Qaynana gəlin söhbət etdik. Sonra mən uzandım. Oyanan da gördüm ki, hamamında işığı yanır, həyətində. Hamam tərəfdən səs gəlmədi. Hamama qaçdım ki, üzü üstə yıxılıb”.

Adil Ədilov – Mərhumun qaynatası: “Gecə uşaqların yeməyini hazırlamamış yatmırdı”.

www.yenicag.az

785
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv