2 uşaq atası aptekdə intihar etdi – Azərbaycanda

Goranboy rayon sakini özünü asaraq intihar edib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Alpout kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Abdullayev Araz Yasin oğlu özünə məxsus aptekdə intihar edib.

İki uşaq atasının hansı səbəbdən özünə qəsd etməsi hələ ki, məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (APA)