2 uşaq atası özünü asdı

Tovuzda intihar hadisəsi baş verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, rayonun Xatınlı kənd sakini, 1966-cı il təvəllüdlü Hüseynov Vasif Zeynalabdin oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Məlumata görə, V. Hüseynov bir müddət əvvəl yaxın qohumu dünyasını dəyişən vaxtdan depressiyaya düşüb.

Onun iki övladı var.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.