Abşeronda 2 yaşlı körpəni avtomobil vurub.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Hökməli qəsəbəsində baş verib.
2016-ci il təvəllüdlü Zeynallı Məhəmmədəli Xəlil oğlu oyun oynayarkən qəfildən yol kənarına çıxıb. Nəticədə onu minik avtomobili vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.