Hacıqabul rayonunda azyaşlı dəm qazından zəhərlənib.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, Hacıqabul şəhər sakini, 2014-cü il təvəllüdlü Osmanlı Nəzrin Sahil qızı evlərində dəm qazından zəhərlənib. Azyaşlı Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Onun vəziyyəti ağır qiymətləndirilir.