2 yaşlı uşaq hündürlükdən yıxılaraq öldü

usaq_bezi_001Tovuz rayonunda bədbəxt hadisə baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qovlar şəhərində, Elma Mürsəlova məxsus mənzildə baş verib. Onun 2014-cü il təvəllüdlü övladı Elnar hündürlükdən yerə düşərək ağır xəsarət alıb. Uşaq xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma başlayıb.