2 yaşlı uşaq stuldan yıxılaraq ölüb – Xaçmazda – Video

Xaçmazda azyaşlı faciəvi şəkildə dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, 2 yaşlı Nurlan Ağayev yaşadığı evdə stuldan yıxılıb.

Rayon mərkəzi xəstəxanasına çatdırılan azyaşlıya qapalı kəllə-beyin travması qoyulub. Həkimlərin səyinə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb.(ARB TV)

Yenicag.az