20 ilin ən böyük kütləvi qətl hadisəsi – Bir evdən 4 uşaq öldürüldü

Avstraliyada kütləvi güllənmə hadisəsi zamanı 4-ü uşaq olmaqla 7 nəfər ölüb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu, 1996-cı ildən etibarən Avstraliyada qeydə alınan ən kütləvi güllələnmə hadisəsidir.

Ölənlərdən ikisinin meyiti küçədə, daha 5 nəfərin meyiti isə evin içərisində tapılıb. Ehtimala görə, ölənlərin hamısı cinayətin baş verdiyi evdə yaşayanlar olub.

Şübhəlilərin axtarışı aparılmır. Belə ki, polis hadisəni cinayət-intihar kimi nəzərdən keçirir.

Ölənlərin kimliyi açıqlanmır.

Qeyd edək ki, Avstraliya tarixində ən kütləvi güllələnmə hadisəsi 1996-cı ilin aprelində qeydə alınıb. Həmin vaxt 28 yaşlı kişi kafedə müştərilərə atəş açıb. 35 nəfərdən  13-ü ölüb. Cinayətkar 35 il həbs cəzasına məhkum edilib.

COP29