Ukraynanın Odessa vilayətinin qubernatoru postundan istefa vermiş Mixail Saakaşvili tərəfdarlar ordusunu böyüdür.
Yeniçağ.Az xəbər verir ki, Mixail Saakaşvili özünün “Facebook” səhifəsində yaratdığı “Yeni qüvvələr hərəkatı”nın plana uyğun qaydada təşkilatlandığını bildirib: “Bizim artıq 20 min üzvümüz var, amma kəmiyyət əsas deyil. Mən nə Ukraynada, nə də başqa bir ölkədə belə keyfiyyətli partiya fəalları görməmişəm”.
Yeniçağ.Az