20 mindən çox insan təxliyə olundu – Meşə yanğınlarına görə

ABŞ-ın Los-Anceles (Kaliforniya ştatı) şəhərinin cənubunda davam edən yanğınlar azı 13 yaşayış evini məhv edib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, yanğınlar səbəbindən təhlükəli ərazilərdən 20 mindən artıq insan təxliyə edilib.

Yanğın 80 kvadrat kilometr ərazini əhatə edir. Yanğınla mübarizəni 1,5 mindən artıq yanğınsöndürən aparır. Yanğının təxminən 30 faizini məhdudlaşdırmaq mümkün olub.