“20 yanvar 1990-cı ildə Bakıda öldürülənlərin xatirəsi qarşısında baş əyirəm” – Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan jurnalist fəaliyyəti dövründə “Molorak” qəzetində yazdığı məqaləsi ilə gündəm olub.

Yenicag.az xəbər verir ki, erməni baş nazirin 1998-ci ildə dərc olunmuş məqaləsində hər dəfə Azərbaycan və Türkiyənin günahsız qurbanları haqda danışanda bu ifadənin ermənilərin şüurunu niyə qaraltdığını soruşur.

“20 yanvar 1990-cı ildə Bakıda öldürülənlərin xatirəsi qarşısında baş əyirəm. Yanvarın 20-də mən də Bakıdakı 1990-cı il qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdim”, – deyə Paşinyan məqaləsində qeyd edib.

 

COP29