!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

“20 Yanvar bir xalqın zülm və əsarətə qarşı verdiyi mərdlik mübarizəsi idi”

!Reklam – Yazi

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 33 il ötür.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçən Sovet ordusunun hərbi hissələrinin törətdiyi bu faciə nəticəsində 146 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət həm də bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciənin baş verməsi insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələblərinin kobudcasına pozulması deməkdir.Mövzu ilə bağlı politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının birliyinin və qəhrəmanlığının bariz nümunəsidir:

“20 Yanvar faciəsi 21-ci əsrin ən acımasız və qiymətini almayan cinayətlərindəndir. Təəssüflər olsun ki, bütün əsr boyu SSRİ rəhbərliyinin azərbaycanlıları Qərbi Azərbaycandan didərgin salma prosesi baş verdi. Bu hadisələrin davamı kimi 20 Yanvar törədildi. 20 Yanvarda müstəqillik aşiqi olan xalqımız böyük qəhrəmanlıq göstərdi. 20 Yanvar bir xalqın zülm və əsarətə qarşı verdiyi mərdlik mübarizəsi idi. Məhz 20 Yanvar hadisələri SSRİ cinayətlərinin hansı həddə ola biləcəyini göstərdi. 20 Yanvar şəhidləri qəhrəmanlığın və vətənpərvərliyin simvollarıdır”.

Gülşən Şərif

www.yenicag.az

188
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv