20 Yanvar hadisələrinin 28-ci ildönümü ilə əlaqədar Türkiyədə də silsilə tədbirlər təşkil olunur.
Yenicag.az xəbər verir ki, Sovet ordusunun 1990-cı il yanvarın 20-də Bakıda törətdiyi qətliamın 28-ci ildönümü Ankarada da anılacaq. Məlumata görə, bu silsilədən olan tədbirlərdən biri də Ankaradakı Milli Kitabxananın Konfrans Salonunda baş tutacaq.
Yanvarın 18-i yerli vaxtla saat 18:30-a təyin olunan “Qərənfilin ağısı” adlı anım tədbirinin təşkilatçıları Yerli Düşüncə Mərkəzi ilə Azərbaycanın Türkiyədəki səfirliyidir.
Tədbirdə Türkiyə ilə Azərbaycandan tanınmış siyasi və ictimai xadimlər, QHT nümayəndələri və media təmsilçiləri iştirak edəcəklər.