“20 Yanvar faciəsi şəhidlərini ehtiramla yad edirik” – Türkiyə XİN

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edib.

Yenicag.az xəbər verir ki, bu barədə qurumun “X” sosial şəbəkəsində dərc olunan məlumatında bildirilib.

“1990-cı il yanvarın 20-də müstəqillik uğrunda canlarından keçmiş qardaş Azərbaycanın qəhrəmanlarının xatirəsini hörmət və rəhmətlə yad edirik”, – paylaşımda deyilir.