Bu gün səhər saatlarında Bakı metrosunun “20 Yanvar” stansiyasının yeraltı keçidlərində fəaliyyət göstərən mağazalar fəaliyyətini dayandırıb.
Yenicag.az xəbər verir ki, mağazaların hansı səbəbdən bağlanması məlum deyil.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov saytımıza bildirib ki, bu yerin onlara aidiyyəti yoxdur:
“Ora ilə bağlı səlahiyyətimiz olmadığı üçün məlumatsızıq”, – deyə B.Məmmədov vurğulayıb.