20 yaşlı əlil qız özünü asdı – Ağsuda

Ağsu rayonunda intihar hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü şəhər sakini Şıxıyeva Ləman Mahir qızı yaşadığı evdə özünü asaraq intihar edib.

Məlumata görə, 20 yaşlı qız əlil olub.

Faktla bağlı araşdırma aparılır.