20 yaşlı futbolçu öldü

Daha bir futbolçu gənc yaşında həyatını itirib.

Yenicag.az xəbər verir ki, söhbət norveçli Adrian Lillebekk Ovliendən gedir.

Ölkəsində ikinci liqasında çıxış edən “Konqsvinqer”in 20 yaşlı futbolçusunun ölüm səbəbi infeksiya göstərilir.

Qeyd edək ki, Adrian Lillebekk Ovlien mart ayında ölən 3-cü futbolçudur. Buna qədər isə “Fiorentina”nın kapitanı Davide Astori və Fransa “Valensyen”inin futbolçusu Tom Rodriges dünyasını gözlənilmədən dəyişib.