Masallıda ölümlə nəticələnən yol qəzası baş verib.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, Masallı-Boradigah yolunu keçmək istəyən rayonun Ərkivan kənd sakini, 1998-ci il təvəllüdlü İsmayıl Cəbrayıl oğlu Ağayevi 1970-ci il təvəllüdlü Loğman Fəxrəddin oğlu Hüseynovun idarə etdiyi “Nissan Tiida” markalı avtomobil vurub.
Faktla bağlı araşdırma aparılır.