20 yaşlı oğlan dəm qazından boğuldu

dem909Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

Qaradağ rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Sahil qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində kirayədə yaşayan, Neftçala sakini, 1996-cı il təvəllüdlü Elvin Rövşən oğlu Rəsulzadə hamamda çimərkən dəm qazından boğularaq ölüb.

E. Rəsulzadə Bakıda özəl şirkətlərdən birində çalışırmış.

Faktla bağlı araşdırma aparılır.