20 yaşlı qız üçüncü mərtəbədən yıxıldı – Bakıda

penc2b3 (1)Bakıda 20 yaşlı qız üçüncü mərtəbədən yıxılıb.

Hadisə Lökbatan qəsəbəsi İ.Nəbiyev küçəsi ev 29 mənzil 48 ünvanında qeydə alınıb.

Orada yaşayan 1996-cı il təvəllüdlü Aygün Hüseynova yaşadığı binanın üçüncü mərtəbəsinin eyvanından yıxılaraq xəsarət alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti orta-ağırdır.(report)