20 yaşlı qızın meyiti tapıldı

Sumqayıtda gənc qız yaşadığı evdə ölü tapılıb.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin Corat qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1998-ci il təvəllüdlü Dövlətzadə Günel Əlibaba qızının meyiti yaşadığı evin hamamında aşkar edilib.

G.Dövlətzadənin hansı səbəbdən öldüyü məlum deyil.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

COP29