İzmirin Buca rayonunda universitet tələbəsi saçını boyadıqdan sonra dünyasını dəyişib.
Yenicag.az xəbər verir ki, dostunun evində olan 20 yaşlı Dəniz D. saçlarını boyadıqdan sonra özünü pis hiss edib. Xəstəxanaya çatdırılan gəncin həyatını xilas etmək mümkün olmayıb.
Üzərində hər hansı zorakılıq əlamətləri olmayan qızın cəsədi tibbi ekspertiza olunacaq.