Braziliyalı fotoqraf ilk “dayvinq”i zamanı nəhəng Nomura meduzasının şəkillərini çəkib.
Bu qəribə varlıq əsasən Sarı və Şərqi-Çin dənizində yaşayır. Bu tip meduzaların diametri 2 metrədək ola bildiyi halda bu 3 metr 12 sm- çevrəyə malikdir. Çəkisi isə 200 kiloqramdır.
Nomura meduzası adi meduzanın ölçüsündən 100 dəfə böyükdür. Nomura insanı sanca bilər, lakin bu, ciddi xəsarət sayılmır. Meduza o dərəcədə iridir ki, fotoqraf onun yanında cırtdana oxşayıb.
Xatırladaq ki, indiyə qədər məlum olan ən böyük meduzanın diametri 1 metr 22 sm olub.
(hafta.az)