200 manatlıq siqaret oğurladı

28923Şirvan şəhərində yerləşən ərzaq mağazalarından birində oğurluq hadisəsi baş verib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, keçirilən əməliyyat tədbirləri çərçivəsində məlum olub ki, Şirvan sakini, 1993-cü il təvəllüdlü Quluzudə Nurlan Bəhrəm oğlu mağazanın şüşəsini sındıraraq içəri daxil olub.

Mağazadan 200 manat məbləğində siqaret və digər ərzaq məhsulları oğurlayan N. Quluzadə polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.