Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

200 milyon dollar kredit ayrılıb

8959153_1Bu kredit hesabına 6 şəhərin su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulacaq

«Azərsu» ASC daha bir beynəlxalq maliyyə qurumu ilə su və kanalizasiya layihələrinin icrasına başlayıb. Belə ki, Azərbaycan hökumətinin İslam İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi «Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi» çərçivəsində Gədəbəy şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə başlanılması münasibətilə təməlqoyma mərasimi keçirilib.

Səhmdar Cəmiyyətin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «Həftə içi»nə bildirilib ki, mərasimdə çıxış edən Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov ölkə rəhbərliyi tərəfindən regionların inkişafına böyük diqqət göstərildiyini bildirib. O qey edib ki, bu layihənin icrası Gədəbəy şəhəri və ətraf kəndlərin inkişafına böyük töhfə verəcək.

«Azərsu»yun “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov isə qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur və bu işlər rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələri də əhatə edir: “Təməlini qoyduğumuz layihəni də nəzərə alsaq, 39-cu şəhərdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri icra olunur. Layihənin keyfiyyətli icrasını təmin etmək üçün yeni texnologiyalardan və avadanlıqlardan istifadə olunacaq. Ümidvaram ki, tikinti işləri qısa müddətdə və keyfiyyətlə icra ediləcək”.

İslam İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Tamerlan Tağıyev təmsil etdiyi maliyyə qurumunun Gədəbəy, Astara, Daşkəsən, Qazax, Samux və Tərtər şəhərlərinin su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulmasına 200 milyon dollar kredit ayırdığını və 2015-ci ildə daha bir neçə şəhərdə işlərə bağlanılacağını diqqətə çatdırdı.

Tədbirdə vurğulanıb ki, bu layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Gədəbəy şəhərində 11 min 500 nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Gələcəkdə rayonun Yenikənd, Düzyurd, Arıqdam, Söyüdlü və Qaradağ kəndlərinin 12 min sakini də bu layihə çərçivəsində içməli su ilə təmin olunacaq. Ümumilikdə layihədən 23 mindən artıq insan faydalanacaq. İstehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə su mənbəyi Südlübulaq seçilib. Layihəyə uyğun olaraq su mənbəyindən şəhərə 14,8 kilometr uzunluğunda magistral su kəmər çəkiləcək, şəhərin relyef baxımından hündür nöqtələrində ümumi tutumu 5500 kubmetr olan 7 ədəd anbar tikiləcək. Şəhər ərazisində 79,4 kilometr uzunluğunda paylayıcı su şəbəkəsi yaradılacaq, 2560 ünvana ev birləşmələri veriləcək və hər bir abunəçi sayğacla təmin olunacaq. Layihə çərçivəsində ilk dəfə Gədəbəy şəhərində kanalizasiya şəbəkəsi yaradılacaq. Şəhərdə yaranan tullantı sularının idarə edilməsi üçün 66,2 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi, 1,5 kilometr uzunluğunda kanalizasiya kollektoru, 2050 ədəd kanalizasiya quyusu tikiləcək. Şəhərdə yaranacaq tullantı sularının təmizlənməsi üçün məhsuldarlığı sutkada 3500 kubmetr olan çirkab sutəmizləyici qurğu layihələndirilib.

Layihənin icrası 2016-cı ilin sonunda başa çatdırılacq. Həmçinin «Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi» çərçivəsində Gədəbəy şəhəri ilə yanaşı Astara, Daşkəsən, Qazax, Samux və Tərtər şəhərlərinin də su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması planlaşdırılır.

(hafta.az)

www.yenicag.az

214