Moskvada keçirilən Ramazan Bayramında 200 mindən çox insan iştirak edib.
Bu barədə “RİA Novosti”məlumat yayıb. Məlumata görə, 200 mindən çox insan bayram tədbirinə qatılıb. Bayram namazından əvvəl müsəlmanlar Moskvadakı Mərkəzi Məscidin önünə toplaşıblar.
Paytaxt polisləri bayram tədbiri ərəfəsində ictimai asayişi qoruyub saxlamağı bacarıblar.
“Paytaxtın yeddi ərazisində bu tədbirlər həyata keçirilib. Müsəlmanların ən çox toplaşdığı ərazi isə Vıpolzov döngəsində olub. Orada 90 min insan bayram tədbirinə qatılıb”, – məlumatda bildirilib .
Qeyd edək Ramazan Bayramı müsəlmanların iki müqəddəs bayramlarından biridir.
Rusiya prezidenti V.Putin Rusiyada yaşayan müsəlmanlarını Ramazan Bayramı münasibətilə təbrik edib.
İnarə Rafiqqızı