200 nəfəri daşıyan qayıq batdı – Ölənlər və itkin düşənlər var

Konqoda Kivu gölündə içərisində 200 nəfərdən çox adam olan qayıq batıb.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb,  40 nəfər isə xilas edilib.

150 nəfərdən çox insanın isə itkin düşdüyü bildirilib.

Ölkə prezidenti Feliks Tşisekedi itkin düşənlərin sağ tapılması ehtimalının çox az olduğunu deyib.