!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

2017-ci il mövsümü də İdman Azərbaycan kanalında yayımlanacaq

!Reklam – Yazi

Ölkəmizin Formula1 azarkeşləri mövsümün ilk yarışını xarici kanallardan izləsələr də, mövsümün ikinci yarışından başlayaraq yerdə qalan 19 yarış İdman Azərbaycan kanalında yayımlanacaq.

20 yarışın yer aldığı 68-ci dünya çempionatının təqvimində Bakıda baş tutacaq Azərbaycan Qran Prisi də var. Milli yarışımız iyunun 23-dən 25-dək doğma Bakımızın küçələrində keçiriləcək.

Kanaldan verilən məlumata görə, yarışların yayım hüququ telekanal tərəfindən alınıb və azarkeşlər bu yarışlara yenə də İdman Azərbaycan kanalında, 2010-cu ildən bu yarışların kanalda şərhçiləri Siyavuş Əliyevlə Rəhim Əliyevin təqdimatında baxa biləcəklər.

Formula1 azarkeşlərini doğma yarışımızı doğma kanalımızda doğma dilimizdə izləməyə dəvət edirik…

Yeniçağ.az

www.yenicag.az

632
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv