Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

2018-ci ildə dilinin bəlasına düşən məmur və deputatlar - Onlar nə demişdi? - VİDEO

Reklam: Sinerji Pro

Dilinin bəlasına düşən məmur və deputatlar – Elmar Məmmədayarov, Abel Məhərrəmov, Hadı Rəcəbli, Tahir Kərimli…

Yola salmaq üzrə olduğumuz 2018-ci il bir çox əlamətdar və üzücü hadisələrlə yanaşı həm də məmur və deputatların öz statusuna yaraşmayan açıqlamaları ilə yadda qaldı. Sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilən bu açıqlamalar kəskin tənqid olundu.

Yenicag.az xəbər verir ki, “Azxəbər” 2018-ci ildə dilinin bəlasına düşən məmur və deputatlarla bağlı araşdırma aparıb.

Bu ilin oktyabr ayında Xarici İşlər naziri Elmar Məmmədyarovun İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 7-ci üçtərəfli görüşü zamanı söylədiyi fikirlər sosial şəbəkələrə ciddi müzakirələrə yol açdı.

Nazirin Azərbaycan dilində çox zəif danışması, onun 15 illik nazir fəaliyyəti boyunca ana dilimizi peşəkar səviyyədə öyrənməməsi kəskin tənqid olundu. Hətta məsələ o qədər ictimailəşdi ki, nazirin atası, akademik Məhərrəm Məhərrəmov mətbuata açıqlamasında oğlunun ingilis təmayüllü məktəbdə təhsil almasını, bu səbəbdən onun nitqində qüsurlar olduğunu bildirdi.

Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun oğlunun səfir olduğu İspaniya səfəri zamanı söylədiyi fikirlərin onun sonunu gətirdiyi iddia olunur.

Keçmiş rektorun səfər zamanı söylədiyi fikirlər sosial şəbəkələrdə ciddi müzakirə olundu. Onun sərxoş halda özünü öyməsi, müəyyən fikirlər səsləndirməsi nəticə etibarilə akademikin işdən azad olunmasına səbəb oldu.

Milli Məclisin deputatı Tahir Kərimlinin dövlət himnini dəyişməklə bağlı təklifi cəmiyyətdə sərt etirazla qarşılandı. Vəziyyət o qədər xaotik xarakter aldı ki, hətta deputatı xəyanətdə də ittiham etdilər.

Onun “Digər dövlətlərin himnləri 2 dəqiqədən artıq deyil, bizdə isə çoxdur” fikri ciddi təpki ilə qarşılandı. Baş verənlərdən təsirlənən deputat “Gör məni nə hala saldılar” söyləsə də, yenidən söylədiyi fikirləri müdafiə edən təkliflər səsləndirdi.

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblinin “180 manat ehtiyac meyarıdır” fikri sosial şəbəkələrdə ciddi müzakirələrə yol açdı.

Qocaman deputatın hər il bu cür “eksklüziv” informasiyalarla gündəmə gəlməsi cəmiyyət tərəfindən kəskin tənqid olundu. Düzdür, sonradan mətbuata açıqlamasında fikirlərinin təhrif olunduğunu söyləsə də, onun etirafı cəmiyyət tərəfindən səmimi qəbul olunmayıb.

Hadı Rəcəbli tənqidlərdən təngə gələrək deyib: “Məni söyməyin nəvələrim”.

Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun türkiyəli müğənni Pətək Dinçözə torpaq verməsi barədə yayılan xəbərə icra başçısının “Petek ağzına gələni danışır, nə gəldi deyir” ciddi müzakirələrə yol açıb. Bu fikirlər qardaş ölkə mətbuatında da işıqlandırılıb.

Dövlət vəzifəsi daşıyan məmurun hansısa şou adamına, özü də xarici vətəndaşa mülk bağışlaması, ardınca onu tanıyırmış kimi, “Petek xanımdı da, şou-biznes əhlidir” deyə hörmət ifadə etməsi sosial mediada ciddi tənqidlərə tuş gəlib.

www.yenicag.az

2858
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM