2018-ci ildən 2017-ci ilə uçdular – “Sehirli xalat” filmi gerçək oldu – FOTO

2018-ci ilə ilk qədəm qoyan ölkələr Avstraliya, Yeni Zellandiya və Sakit Okeandakı bəzi adalar oldu. Bu isə “Sehirli xalat” filmindəki “keçmiş zamana səyahət”i gerçək etdi. Belə ki, 2018-ci ildə Yeni Zellandiyadan qalxan HA446 saylı təyyarə 2017-ci ildə Havaiyə endi.  

9 saatlıq uçuşun ardından Havainin paytaxtı Honoluluya enən təyyarənin sərnişinləri 2018-ci ili ikinci dəfə qarşıladılar.